Eldar Qasımov və Nigar Camal dünya azərbaycanlılarına müraciət etmişlər

Eldar Qasımov və Nigar Camal dünya azərbaycanlılarına müraciət etmişlər

12 May 2011 11:48
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal bütün dünya azərbaycanlılarına müraciət etmişdir. Yarımfinalda uğurla çıxış edərək, müsabiqənin finalına vəsiqə qazanmış təmsilçilərimiz finalda soydaşlarımızdan dəstək gözlədiklərini bildirmişlər.

İkinci yarımfinal bu gün keçiriləcəkdir. Bu yarımfinalda 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq və onlardan yalnız 10-u bu şansı qazanacaqdır.

Mayın 14-də keçiriləcək finalda Azərbaycan təmsilçiləri 19-cu çıxış edəcəklər. Finalda ümumilikdə 25 ölkə birincilik uğrunda yarışacaqdır.


"Güc birlikdədir"

Tofiq Əliyev

O.M.