Xalq artistimizin ad günüdür!

Xalq artistimizin ad günüdür!

15 Avqust 2013 10:25
Bəyəndim (0) Bəyənmədim (0)
“Ayə, a Moşu, eqalogiya budu?”

Bu gün Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızının doğum günüdür.Oxumeni.az xəbər verir ki, Səfərova Afaq Bəşir qızı 1955-ci ildə Bakı şəhərində anadan olub.1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni-maarif fakültəsində təhsil alıb.Afaq xanım aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb.İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşirqızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb.1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o "Subaylarınızdan görəsiniz" əsərində – Səməni, "O olmasın, bu olsun"da – Sənəm, "Bankir adaxlı" tamaşasında – Nisə, "Məhəbbət oyunu" tamaşasında – Səltənət, "İtgin ər"də - Məleykə, "Məsmə xala dayımdır"da – Məsmə və s. tamaşalarda baş və əsas roları oynayaraq bir-birindən maraqlı obrazlar yaratmağa nail olmuşdur.

"Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Bəxt üzüyü", "Girov" filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olmuşdur.Yaradıcılığının ən güclü çiçəklənmə dövrünü keçirən Afaq xanım, bu gün də fəal axtarışlardadır. O, İncəsənət Universitetində aktyorluq kursunu aparır.A.Bəşirqızı 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" adına layiq görülüb.O, 2 dəfə – 1993-cü və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb, kino fəaliyyətini davam etdirir, televiziyada və dövlət konsertlərində çıxış edir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.Ailəlidir, bir oğlu var.Qeyd edək ki, aktrisa Bəşir Səfəroğlunun qızıdır.

O.M.