“Eurovision-2014”ün prodüseri bəlli oldu

“Eurovision-2014”ün prodüseri bəlli oldu

14 Avqust 2013 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Gələn ilin mayında Danimarkada keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin istehsal rəhbəri (head of production) müəyyən edilib. Oxumeni.az-ın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Nordisk Film TV" şirkətinin istehsal rəhbəri Kamilla Monies mahnı yarışması üzrə müvafiq vəzifəni icra edəcək. Ümumilikdə, 25 illik təcrübəsi olan Kamilla Monies Danimarkanın "X-Factor", "Showtime" kimi ən yaxşı verilişlərində uğur qazanıb.
"Eurovision-2014" mahnı müsabiqəsinin icraçı prodüseri Pernilla Qardbo, baş prodüseri Per Zakariassen, şou rəhbəri isə Jan Laqermand Lundmedir.

O.M.