Vəfanın əri: "Mənə maraqsızdır, kim nə deyir, kim nə yazır, kim nə fikirləşir!"

Vəfanın əri: "Mənə maraqsızdır, kim nə deyir, kim nə yazır, kim nə fikirləşir!"

13 Avqust 2013 13:26
Bəyəndim (0) Bəyənmədim (0)
Vəfa Zeynalovanın əri danışdı

"İlahi məxluq" filmində çəkildiyi erotik səhnəyə görə son zamanlar gündəmdə olan aktrisa Vəfa Zeynalovanın boşandığı xəbəri yayılmışdı. Mətbuatda yayılan məlumata görə, aktrisanın həyat yoldaşı Samir Rzayev bu hadisəni dözümsüzlüklə qarşılayıb.

Ailədə başlayan söz-söhbət hətta boşanma səviyyəsinə çatıb və məhkəməyə müraciətlə yekunlaşıb. Ancaq bu gün Samir Rzayev "Facebook" sosial şəbəkəsində məsələyə münasibət bildirib və heç bir söz-söhbətin onların sevgisinə mane ola bilməyəcəyini qeyd edib. Samir Rzayev Facebook-da Vəfa Zeynalovaya müraciət edərək aşağıdakı sözləri yazıb: "Həyatım! Mənə maraqsızdır, kim nə deyir, kim nə yazır, kim nə fikirləşir! Sən Mənim həyatımsan, balalarımın anasısan. Səni çox istəyirəm! Fikir vermə, öpdüm". /milli.az/

O.M.