Türkiyənin “Eurovision” xəyalı alt-üst oldu!

Türkiyənin “Eurovision” xəyalı alt-üst oldu!

11 May 2011 14:16
Bəyəndim (0) Bəyənmədim (0)
“Yüksek Sadakat” yüksəkliyi fəth etmədi – yarıtmadı!


Almaniyanın Düsseldorf şəhərində təşkil edilən 56-cı "Eurovision" mahnı müsabiqəsinin dünən gecə təşkil edilən yarımfinalında Türkiyəni təmsil edən "Yüksek Sadakat" qrupu 10-luğa girə bilmədi.

Qonşu ölkə uzun bir aradan sonra ilk dəfə "Eurovision" mahnı müsabiqəsinin finalında iştirak edə bilməyəcək. Çünki dünən gecə yarımfinal günündə ilk tramplini aşan 10 ölkə bu cür sıralandı: Serbiya, Litva, Yunanıstan, Azərbaycan, Gürcüstan, İsveçrə, Macarıstan, Finlandiya, Rusiya və İslandiya. "Yüksek Sadakat"ın neçə xalla ilk 10-luğa girə bilmədiyi isə cümə axşamı günü müəyyən olacaq.

Xatırladaq ki, 12 may gecəsi "Eurovision"un ikinci yarımfinalı, 14 may gecəsi isə finalı baş tutacaq.

Siyasət bir oyundur. "Eurovision" da bu oyunun bir qanunu. Odur ki, türk qardaşlarımız üzülməsinlər. İnşallah, gələn ilki "siyasət" oyununda yenidən ön planda olarlar. Təki, mehribançılıq olsun!

Günel Həbib

O.M.