Eldar və Nigar "Eurovision-2011"- in finalında

Eldar və Nigar "Eurovision-2011"- in finalında

11 May 2011 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Düsseldorfda düzənlənən "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar və Nigar finala vəsiqə qazanıblar. Onların "Running Scared" mahnısı çox uğurlu alınıb. Birinci yarımfinalda 19 ölkənin müğənniləri çıxış ediblər. Tamaşaçı səsverməsi və peşəkar münsiflərin qərarı ilə 10 iştirakçı finala vəsiqə qazanıb. Eldar və Nigardan savayı serbiyalı Nina, litvalı müğənni Evelinv Sasenko, yunan artistlər Lukas Yorkas və Stereo Mayk, Gürcüstanın rok-qrupu "Eldrine", isveçrəli Anna Rossinelli, macar Kati Vulf, rusiyalı Aleksey Vorobyov, finlandiyalı Paradis Oskar və İslandiyadan olan "Sjonni's Friends" kollektivi finalda mübarizə aparmaq hüququ əldə ediblər.


Ermənistanı təmsil edən Emmi mübarizəni yarımfinalda dayandırıb. Türkiyənin "Yüksek Sadakat" qrupu da finala çıxa bilməyib.
Final mayın 14-də keçiriləcək.


İncəsənət millətin aynasıdır...


Bəhram Mustafabəyli


O.M.