Bədxah qonşularımız “Eurovision-2011”in yarımfinalında büdrədi

Bədxah qonşularımız “Eurovision-2011”in yarımfinalında büdrədi

11 May 2011 12:26
Bəyəndim (0) Bəyənmədim (0)


Almaniyanın Düsseldorf şəhərindəki "Esprit-Arena" konsert salonunda "Eurovision-2011" mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatmışdır. I yarımfinalda Azərbaycanla bərabər, Türkiyə, Rusiya, Gürcüstan, Albaniya, Xorvatiya, Finlandiya, Yunanıstan, Macarıstan, İslandiya, Litva, Malta, Norveç, Polşa, Portuqaliya, Rusiya, San-Marino, Serbiya, İsveçrə və Ermənistan finala çıxmaq uğrunda mübarizə aparıb. 18-ci nömrə altında çıxış edən Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal isveçli müəlliflərə məxsus olan "Running Scared" mahnısını uğurla ifa edərək, müsabiqənin finalına vəsiqə qazanıblar. Müsabiqənin I yarımfinalında Azərbaycan təmsilçisindən başqa həmçinin, Serbiya, Litva, Yunanıstan, Gürcüstan, İsveçrə, Macarıstan, Finlandiya, Rusiya, İslandiya da finala vəsiqə qazanıb. Ermənistan isə elə yarımfinal mərhələsində büdrəyib. Öz peşəkar oğurluq məharətlərindən istifadə edə bilmədiyi üçün ermənilər uğur qazanmayıb. Kökü, tarixi olmayan bir xalqın musiqisi necə uğur qazana bilər ki? İndiyə qədər qazandıqlarının hamısı oğurlanmış musiqilərin uğuru olduğunu hamı gördü.



"Oğru yenə bağırdı, amma bu dəfə doğrunun yox, öz bağrı yarıldı"

Tofiq Əliyev

O.M.