Nigarla Eldar neçənci çıxış edəcəklər?

Nigarla Eldar neçənci çıxış edəcəklər?

9 May 2011 20:48
Bəyəndim (0) Bəyənmədim (0)

Düsseldorfda keçiriləcək 56-cı "Eurovision" Mahnı Müsabiqəsinin I yarımfinal mərhələsi sabah, II yarımfinal mərhələsi isə mayın 12-də baş tutacaq. Müsabiqənin finalı mayın 14-dədir. Azərbaycan birinci yarımfinal mərhələsində çıxış edəcək. Eldar və Nigarın çıxışı 18-ci nömrə altında olacaq. Romantik duet kimi tanınıb sevilən Eldar və Nigar "Running scared" mahnısını ifa edəcəklər. İndi isə sizlərə sabah keçiriləcək I yarımfinal mərhələsinin iştirakçılarının sıralanmasını təqdim edirik:


1. Polşa
2. Norveç
3. Albaniya
4. Ermənistan
5. Türkiyə
6. Serbiya
7. Rusiya
8. İsveçrə
9. Gürcüstan
10. Finlandiya
11. Malta
12. San Marino
13. Xorvatiya
14. İslandiya
15. Macarıstan
16. Portuqaliya
17. Litva
18. Azərbaycan
19. Yunanıstan

II yarımfinal mərhələsinin iştirakçılarının sıra nömrəsi bu ardıcıllıqladır:

1. Bosniya və Herseqovina
2. Avstriya
3. Niderland
4. Belçika
5. Slovakiya
6. Ukrayna
7. Moldova
8. İsveç
9. Kipr
10. Bolqarıstan
11. Makedoniya
12. İsrail
13. Sloveniya
14. Rumıniya
15. Estoniya
16. Belarus
17. Latviya
18. Danimarka
19. İrlandiya

Müsabiqəyə bu il 43 ölkə qatılıb. Hər yarımfinalda iştirak edən 19 ölkədən 10-u finala düşmək şansı qazanacaq. Finalda 25 ölkə çıxış edəcək. Yerdə qalan beş ölkə "Eurovision" mahnı müsabiqəsinin daimi iştirakçıları olan Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və İspaniyadır. Bu ölkələr finala avtomatik olaraq düşəcəklər.

Qeyd edək ki, səs vermək üçün müsabiqə günü canlı ifa zamanı bəyəndiyiniz ölkənin çıxış nömrəsini yazıb istənilən mobil operatordan 9450 sms nömrəsinə göndərə bilərsiniz. Bir sms-in qiyməti 60 qəpikdir. 9450 sms nömrəsi yalnız Azərbaycandan səs vermək üçündür. Hər ölkənin sms nömrəsi yayımçı televiziyadan elan olunur. Ölkəmizdən Azərbaycan təmsilçilərinə səs verə bilmərik. Azərbaycan təmsilçilərinə yalnız xarici ölkə ərazisindən səs vermək olar. Bir nömrədən yalnız 20 səs göndərmək mümkündür.

İştirakçı ölkələrin kodu çıxış nömrəsi ilə eynidir. Ölkəmizin yarımfinalda çıxışı 18-ci olduğundan Azərbaycanın kodu 18-dir. Final mərhələsində çıxış edəcək ölkələrin kodu isə yarımfinal mərhələsindən sonra keçiriləcək püşkatma zamanı bəlli olacaq. Finala birbaşa keçən "Böyük beşlik"ə daxil olan ölkələrin çıxış nömrəsi isə artıq məlumdur:

11. Fransa
12. İtaliya
14. Böyük Britaniya
16. Almaniya
22. İspaniya


Sabah həm də gül bayramıdır. Qoy iştirakçılarımızın çıxışı gül kimi gözəl, ətirli və təravətli olsun. İnsanların ruhunu oxşayıb onları bihuş etsin. Sonda isə qazancları milyonlarla gül olsun...

Könül Aypara

O.M.