Azərbaycan ümumdünya turizm sammitində iştirak edəcək

Azərbaycan ümumdünya turizm sammitində iştirak edəcək

9 May 2011 09:44
Bəyəndim (0) Bəyənmədim (0)


Oxumeni.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti mayın 19-da ABŞ-da öz işinə başlayacaq ümumdünya turizm sammitində iştirak edəcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərlə müsahibəsində demişdir. Nazirin sözlərinə görə, sammitdə Azərbaycan nümayəndə heyətinin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, müxtəlif ölkələrin turizm nazirləri, bir sıra böyük turizm şirkətlərinin nümayəndələri ilə görüşləri də nəzərdə tutulmuşdur. Əbülfəs Qarayev, həmçinin bu yaxınlarda Küveyt və Çində Azərbaycan mədəniyyət günləri ilə bağlı tədbirlərin keçiriləcəyini bildirib.


Azərbaycan tanıyaraq tanıdır...

Tofiq Əliyev

O.M.