Berlində gənc rəssam Məryəm Ələkbərlinin sərgisi keçirilib

Berlində gənc rəssam Məryəm Ələkbərlinin sərgisi keçirilib

6 May 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)


Mayın 4-də Berlin şəhərində fəaliyyət göstərən "Baku-Berlin" Qalereyasında Azərbaycan və Almaniyadan olan gənc rəssamlar Məryəm Ələkbərli və Daniel Larsen-Vefringin əsərlərindən ibarət sərgi keçirilmişdir. "Oxumeni.az" "AzərTac"a istinadən xəbər verir ki, sərginin açılışında Azərbaycanın Almaniyadakı səfiri, alman rəssam və incəsənət xadimləri, Almaniya ictimaiyyətinin və bu ölkədə yaşayan diasporumuzun üzvləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan qalereyanın müdiri İbrahim Əhrari sərginin təşəbbüsçülərinə, əsərləri nümayiş olunan müəlliflərə öz minnətdarlığını bildirmişdir. O, məhdud imkanlara malik olmalarına baxmayaraq, gənc rəssamların öz işləri ilə tədbir iştirakçılarını təəccübləndirə bildiklərini və onların uğurlu sənət karyerasının olacağına əminliyini ifadə etmişdir.


Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov iki ölkə arasında mədəniyyət əlaqələrinin möhkəmlənməsində "Baku-Berlin" Qalereyasının mühüm rolunu diqqətə çatdırmış, bugünkü tədbirin xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. Azərbaycanlı diplomat əsərləri nümayiş etdirilən hər iki rəssamın yüksək istedada malik olduğunu bildirmiş və onlara uğurlu gələcək arzulamışdır.


Almaniyalı rəssam, Potsdam və Berlin İncəsənət universitetlərinin dosenti xanım İnqe Şmidt gənc rəssamların istedadı barədə eyni fikirləri bölüşdüyünü bildirmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.


Sərgidə nümayiş etdirilən əsərlər tədbir iştirakçılarının marağına səbəb olmuş və onlar rəsmi hissədən sonra sərgi müəlliflərinə yaxınlaşaraq öz müsbət təəssüratlarını ifadə etmişlər.


Məncə, Almaniyanın və digər Qərb dövlətlərinin Azərbaycana qarşı münasibətləri barədə rəsm çəkilsə, karikatura alınar.

Tofiq Əliyev

O.M.