Rəssamlıq Akademiyasında sərgi açılmışdır

Rəssamlıq Akademiyasında sərgi açılmışdır

5 May 2011 17:22
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Müasir türk incəsənətinin seçilmiş əsərləri" sərgisi açılmışdır. Akademiyanın rektoru, Xalq Rəssamı Ömər Eldarov və Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç qonaqları salamlamışlar. Ekspozisiyada 15 müəllifin əsəri təqdim olunmuşdur.


Sərgidə tanınmış müasir türk rəssamlarının 50 əsəri də nümayiş etdirilir. Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev, ekspozisiya layihəsinin müəllifi Əli Bülənd Kutvan xalqlar arasında mənəvi körpü rolu oynayan incəsənətin əhəmiyyətindən söz açmışlar. Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Akademiyanın rektoru Ömər Eldarova və Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıça TÜSİAB-ın (Azərbaycan-Türkiyə İşgüzar İnsanlar Cəmiyyəti) diplomları təqdim edilmişdir. Sərgi mayın 22-dək davam edəcəkdir.


Bir millət - iki dövlət prinsipi bu dəfə bir ruh - bir neçə ürəkdə öz əksini tapdı...

Tofiq Əliyev

O.M.