"İntihar" pyesi ADU-da oynanılıb

"İntihar" pyesi ADU-da oynanılıb

5 May 2011 14:12
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) akt zalında xalq şairi, dramaturq Vaqif Səmədoğlunun "İntihar" pyesi oynanılıb. Bədii rəhbər və quruluşçu rejissoru ADU-nun "Azərbaycan ədəbiyyatı" kafedrasının müdiri, dosent Fəridə Səfiyeva olan tamaşa universitetin tələbələri tərəfindən təqdim edilib.

Tamaşadan əvvəl çıxış edən F. Səfiyeva tamaşaçıları salamlayıb. ADU-da tələbələrin ifasında maraqlı tamaşaların ənənə halını aldığını deyən F. Səfiyeva müasir mövzuda yazılan pyesi səhnəyə qoymasından məmnunluğunu dilə gətirib. Müəllifin də tamaşaçılar arasında olduğunu və buna görə ikiqat məsuliyyətli olduqlarını deyən F. Səfiyeva oxucu olaraq V. Səmədoğlu yaradıcılığına vurğunluğunu dilə gətirib.

ADU-nun rektoru, professor Səməd Seyidov, pyesin müəllifi, şair-dramaturq Vaqif Səmədoğlu, millət vəkili Asim Mollazadə, Bakı şəhər Təhsil İdarəsinin sədr müavini Hüseyn Əsgərov da tamaşaçılar arasında idilər.

Qeyd edək ki, rolları ADU-nun tələbələri - Aytən Səlimova, Murad Səfiyev, Zeynəb Rzayeva, Sərxan Quliyev, Əhməd Salmanov, Aysel Babayeva, Aynur Əsgərova, Xədicə Əliyeva, Hüseyn Cəfərov və Araz Abbasov ifa ediblər. Pyes tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Həyat bir tamaşadır. Onun ssenarisini biz yazmasaq da, ifaçıları bizlərik. Bu tamaşada kiminin qismətinə baş rolu ifa etmək düşür, kimininsə epizod...

Könül Aypara

O.M.