İTV-nin tərkibini dəyişirlər

İTV-nin tərkibini dəyişirlər

19 Aprel 2013 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Milli Məclisin iclasında İctimai Televiziya və Radio (İTV) Yayımları Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə edilir.
illi Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov namizədlərin adlarını açıqlayıb. İdman federasiyaları tərəfindən Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri Yusif Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılıq Birliyinin rəhbəri Validə Ağayeva, dini konvensiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Fuad Nurullayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Zemfira Qafarova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Ələddinovun, Azərbaycan Rəssamlar İttifaqının üzvü Ziyadxan Əliyev və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şahin Babayevin namizədliyi irəli sürülüb.

O.M.