"ATV" telekanalı avstraliyalı mediamaqnata satıldı

"ATV" telekanalı avstraliyalı mediamaqnata satıldı

12 Aprel 2013 15:02
918
Bəyəndim (0) Bəyənmədim (0)

İllərdən bəri haqqında "Satılır", "Az sonra satılacaq" deyilən Türkiyənin "ATV" telekanalı satılıb. Telekanalın sahibi olan Çalık Grubu konsorsiumu "ATV"ni avstraliyalı mediamaqnat Rupert Merdokun "News Corporation"una satıb. Telekanal "Turkuvaz Medya Grubu" na daxildir. Türkiyənin "Fox TV" telekanalı da Rupert Merdoka məxsusdur. "Turkuvaz Medya Grubu" ötən il "ATV" telekanalı və "Sabah" qəzetini satışa çıxarmış, "Abraaj Capital", "Time Warner" və "News Corporation"la danışıqlara başlamışdı.

O.M.