Toylarımız haqqında film çəkilib

Toylarımız haqqında film çəkilib

10 Aprel 2013 09:52
Bəyəndim (0) Bəyənmədim (0)
Ekran əsəri bir neçə beynəlxalq etnoqrafik film festivalına dəvət alıb

"Toy marşı - Bakı toyları" adlı tammetrajlı bədii-sənədli film çəkilib. Film unudulmaqda olan milli adət-ənənələrimizdən bəhs edir. Bu ekran əsəri artıq bir neçə beynəlxalq etnoqrafik film festivalına dəvət alıb. Filmin ssenari müəllifi Ələkbər Muradovdur. Ekran əsərində xalq artistləri Əlibaba Məmmədov, Ağaxan Abdullayev və Alim Qasımovun toyla bağlı fikirləri, XVIII əsrə aid bədii səhnələr və bu səhnələrdə o zamanların milli toy adətləri əks etdirilib. Qeyd edək ki, filmdə gəlin rolunda Leyla Babayeva, bəy rolunda Həsən Mehdiyev, bəyin anası rolunda Firuzə İbadova, gəlinin anası rolunda isə Lətafət Ramazanova çəkiliblər.

O.M.