“BMW X 5" qadınları tapdaladı

“BMW X 5" qadınları tapdaladı

5 Aprel 2013 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
Piyadalardan biri öldü, digəri ağır yaralıdır

Bakı şəhərinin Nizami rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Qara Qarayev prospekti, 106 ünvanının qarşısında Zöhrabov Fərid Şahin oğlunun idarə etdiyi "BMW X 5" markalı 10 RC 222 dövlət nömrə nişanlı avtomobil səki ilə hərəkət edən piyadaları vurub.
Məlumata görə sürücünün idarəetməsindən çıxan avtomobil qadınların üstünə doğru irəliləyib və 1956-cı il təvəllüdlü Muradova Zəmanə Abduləli qızını və 1972-ci ildə anadan olmuş İsmayılova Gülzar Əşrəfəli qızını vurub. Z.Muradova hadisə yerindəcə keçinib. G.İsmayılova isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib
Faktla əlaqədar Nizami RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

O.M.