"Eurovision 2013" təmsilçimiz Romadan ilham alır

"Eurovision 2013" təmsilçimiz Romadan ilham alır

2 Aprel 2013 12:06
Bəyəndim (0) Bəyənmədim (0)
Növbəti dayanacaq Yunanıstandır

Azərbaycanı "Eurovision-2013"də təmsil edəcək iafaçı Fərid Məmmədov Avropanın şəhərlərini gəzəcək. Təmsilçimiz Avropa turuna çıxıb. Onun ilk ziyarət etdiyi şəhər isə Roma olub. Fərid Məmmədov İtalyanın paytaxtı Romada çəkdirdiyi fotolarınını sosial şəbəkələrdə paylaşaraq yazıb: "Roma mənim üçün sehrli şəhərlərdən birdir. Həmişə burada olmaq istəyirdim. Amma burda olmaq mənim üçün istirahət deyil. Mən daha da yaxşı işləmək üçün buradan güc, ilham tapıram".
Onu da deyək ki, Fərid Məmmədovun Avropa turu davam edir və onun növbəti gedəcəyi ölkə Yunanıstan olacaq.

O.M.