
Nazir Ə.Qarayev Luvr muzeyinin direktoru Anri Luaretlə görüşüb
Bu gün nazir Əbülfəs Qarayev Fransanın məşhur Luvr muzeyinin direktoru cənab Anri Luareti qəbul edib. Görüş zamanı Ə.Qarayev Luvr muzeyi ilə əməkdaşlığın Azərbaycan ilə Fransa arasında olan mədəniyyətlərarası münasibətlərdə mühüm rol oynadığını və gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyini xüsusilə vurğulayıb.
Həmçinin, muzey sərvətlərinin saxlanılması və qorunması sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsi, Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda sərgilərin təşkili və Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim edilməsinin mümkünlüyü kimi və s. məsələlər müzakirə olunub.
Daha sonra cənab A. Luaret nazir Ə.Qarayevə səmimi qəbula görə öz təşəkkürünü bildirmiş və mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu qeyd etmişdir.
Görüşdən sonra hər iki tərəfin iştirakı ilə mətbuat konfransı keçirilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Bizim bəzi məmurları da Luvr muzeyində eksponat kimi təqdim etmək olardı...
Elvin Babayev
O.M.