Göyçayda toqquşan maşınlar restorana girdilər

Göyçayda toqquşan maşınlar restorana girdilər

1 Aprel 2013 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbərə görə, hadisə martın 31-də saat 17:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qaraməryəm kəndindən keçən hissəsində qeydə alınıb.
57 BO 020 dövlət nömrə nişanlı, "KamAZ" markalı avtomobil 23 BC 806 dövlət nömrə nişanlı, VAZ-21011 markalı maşın toqquşub. Toqquşmanın zərbəsindən hər iki maşın yol kənarında fəaliyyət göstərən, Əfqan Qasımova məxsus restorana girib. Nəticədə VAZ-21011 markalı minik maşını və restoranın bir hissəsi tamamilə yararsız hala düşüb. Hadisə nəticəsində VAZ-21011 markalı maşının adı hələlik məlum olmayan sürücüsü xəsarət alıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

O.M.