Kübra Əliyeva: "Süd vəzilərimin ikisini də amputasiya ediblər"

Kübra Əliyeva: "Süd vəzilərimin ikisini də amputasiya ediblər"

25 Fevral 2013 11:56
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa xərçəngin caynağına keçib

Əməkdar artist Kübra Əliyeva bir ildən çoxdur ki, dəhşətli xərçəng xəstəliyindən əziyyət çəkir və bu xəstəlik onu tanınmaz hala salıb. Aktrisa verdiyi açıqlamasında bildirdi: "Yayılan xəbərlər doğrudur. Xəstəliklə bağlı son bir ildə 2 ağır əməliyyat keçirmişəm. Öz həkimlərimizə güvənmişəm. Respublika Milli Onkologiya Mərkəzində əməliyyat olumuşam. Mərkəzin direktoru Cəmil Əliyev başda olmaqla, mənim müalicəmdə iştirak edən həkimlər - Mamuka Məmmədova, Şəmsəddin həkimə, doktor Elçinə, mərhum müğənnimiz Nərminə Məmmədovanın qızı Sevinc Qiyasbəyliyə sonsuz təşəkkürlərimi bildirirəm. Qeyd edim ki, mən süd vəzisi xərçəngindən əziyyət çəkirdim və əməliyyatdan sonra mənim süd vəzilərimin ikisini də amputasiya ediblər. Saçlarım da tamamən tökülüb. Bu kimyateropiyanın fəsadlarıdır".

Allah şəfa versin!

O.M.