Əməkdar artist: "İnanın, ağrıdan danışa bilmirəm"

Əməkdar artist: "İnanın, ağrıdan danışa bilmirəm"

23 Fevral 2013 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
Nübar Novruzova xəstəxanaya yerləşdirilib

Gənc Tamaşaçılar Teatrının aktrisası Nübar Novruzovanın səhhətində problemlər yaranıb. Aktrisa səhhəti haqda danışaraq bunları bildirib: "Xəstəxanaya indi gəlmişəm, ürəyim çox ağrıyır, üz-gözüm şişib. Həkimlər sistem vururlar, xəstəliyimin nə olduğunu bilmirəm. Hələ ki, konkret bir diaqnoz qoyulmayıb. İnanın, ağrıdan danışa bilmirəm. Allahın köməkliyi ilə yaxşı olaram".

O.M.