“Eurovision” üçün seçim turunda bu dəfə iki nəfər qalib oldu

“Eurovision” üçün seçim turunda bu dəfə iki nəfər qalib oldu

23 Fevral 2013 12:24
Bəyəndim (0) Bəyənmədim (0)
Vlada Axundova və Nigar Hüseynova 12 səs toplayaraq həftənin qalibi olublar

Azərbaycanı "Eurovision 2013" təmsilçisinin seçilməsi üçün milli seçim turu davam edir. Lent.az-ın məlumatına görə, mayda İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013" Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün təşkil edilən milli seçim turunun yeddinci həftəsi başa çatıb. İctimai TV-nin canlı yayımında 8 nəfər iştirakçının mübarizə apardığı həftənin qalibi məlum olub. Bir həftə ərzində Nigar Hüseynova, Rolan Seyidov, "Ad Gloriam" rok qrupu, Vlada Axundova, Hüseyn Abdullayev, Aysel Nərimanova, Hüsniyyə Adıgözəlova, birincilik uğurunda mübarizə aparıblar. 5 gün ərzində öz performanslarını göstərən iştirakçılar münsiflər heyətinin və tamaşaçıların səsverməsinə əsasən seçilib. Bu dəfə milli seçim həftəsində qeyri-adilik yaşanıb. Belə ki, tamaşaçıların səsverməsinə görə. Roland Seyidov 1450 səs toplayaraq birinci olub. İkinci yer 1346 səslə Nigar Hüseynova, üçüncü yerdə isə 1288 səslə Vlada Axundova olub. Lakin, münsiflər heyətinin qərarı ilə səsvermə sırası dəyişilib. Onlar yeddinci həftənin qalibi kimi iki iştirakçını ediblər. Onların səsverməsinə əsasən, Vlada Axundova və Nigar Hüseynova 12 səs toplayaraq həftənin qalibi olublar.

Qeyd edək ki, milli seçim turunun o biri yarımfinalçıları - Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov olub. Milli seçim turu 8 həftə davam edəcək. Onu da əlavə edək ki, təmsilçimiz mayın 16-da Malmödə "Biz birik" şüarı ilə keçiriləcək 58-ci "Eurovision" Mahnı Müsabiqəsinin ikinci yarımfinalında ikinci nömrə altında çıxış edəcək.

O.M.