"Qan yaddaşı-1" filminin təqdimatı keçirilib

"Qan yaddaşı-1" filminin təqdimatı keçirilib

22 Fevral 2013 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 11-.00-da BMM-nin "Dəyirmi zal"ında Şeyx Əbdül Mahmudbəyovun rejissoru olduğu "Qan yaddaşı-1" sənədli-publisistik filmin təqdimatı keçirilib. Təqdimata bir sıra millət vəkilləri, əməkdar incəsənət xadimləri, həmçinin gənclər də qatılıblar.

Filmdə Azərbaycanın tarix boyu düşmənlər tərəfindən təcavüzə uğramasından danışılır. Ermənilərin uydurduqları yalanlar, tarixi mənimsəmələr ön plana çəkilərək, faktlarla izləyicilərin diqqətinə çatdırılıb.

Tədbirə qatılan qonaqlar filmdən razı qalıblar. Belə filmlərin çox olmasını, həqiqətin ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıblar.

Arzu Murad

O.M.