Azərbaycanda İran Mədəniyyəti günləri keçiriləcək

Azərbaycanda İran Mədəniyyəti günləri keçiriləcək

3 May 2011 13:38
Bəyəndim (0) Bəyənmədim (0)


Nazir Əbülfəs Qarayev İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhramini qəbul edib. Görüş zamanı Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin dinamikasının yüksək inkişafı qeyd edilib. Eyni zamanda tərəflər cari ilin oktyabr ayında Azərbaycanda İran Mədəniyyət günlərinin keçirilməsini müzakirə edib və təntənəli açılış zamanı İranın yeni təyin olunmuş mədəniyyət naziri Mohammad Hosseininin də iştirak etməsinin mümkünlüyü nəzərdən keçiriblər. Həmçinin səfir İran Mədəniyyət Günləri çərçivəsində musiqi, əlyazma, teatr, əl işləri və rəssamlıq nümunələrinin təqdim olunması və təşkilatı işlər ilə bağlı əvvəlcədən işçi qrupunun ölkəmizə səfəri barəsində razılığa gəlib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Ə. Qarayev səfirə iki ölkə arasında münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etməsi naminə ona Azərbaycanda görəcəyi işlərində müvəffəqiyyətlər arzulayıb.


İranın böyük qisminin etnik azərbaycanlı olduğunu nəzərə alsaq, tədbirin faydalı olacağını təxmin edə bilərik...

Tofiq Əliyev

O.M.