Sabah hava küləkli və arabir yağmurlu olacaq

Sabah hava küləkli və arabir yağmurlu olacaq

12 Fevral 2013 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin yağmurlu keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Axşama doğru qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

O.M.