Sabunçu rayonunda qadın intihara təşəbbüs göstərib

Sabunçu rayonunda qadın intihara təşəbbüs göstərib

1 Fevral 2013 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu rayonu Bakıxanov qəsəbəsində 40 yaşlı qadın özünü öldürmək istəyib. Rayon Polis İdarəsindən verilən məlumata görə, qəsəbə sakini 1973-cü il təvəllüdlü Z.Ə. özünü öldürmək məqsədilə külli miqdarda dərman içib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas etsələr də, qadının vəziyyəti hələ də ağırdır. O, hazırda həkim nəzarətindədir.

O.M.