Musa Mirzəyev "Şərəf" ordeni ilə təltif edildi

Musa Mirzəyev "Şərəf" ordeni ilə təltif edildi

1 Fevral 2013 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Musa Mirzəyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Musa Abdulla oğlu Mirzəyev Azərbaycan musiqi mədəniyyətinin inkişafı sahəsində xidmətlərinə görə təltif olunub.

Xatırladaq ki, Musa Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olub. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2006-cı ildə isə xalq artisti adına layiq görülüb. M.Mirzəyev bəstəkar İlyas Mirzəyevin atasıdır.

O.M.