"Jizel"i azərbaycanlı baletmeyster hazirlayıb

"Jizel"i azərbaycanlı baletmeyster hazirlayıb

2 May 2011 14:24
1 239
Bəyəndim (0) Bəyənmədim (0)


Budapeşt Opera və Balet Teatrında məşhur fransız bəstəkarı Adolf Adanın "Jizel" baletinin yeni quruluşda premyerası olub. Tamaşanı bu ilin əvvəlindən etibarən teatrın bədii rəhbəri vəzifəsində çalışan azərbaycanlı baletmeyster Eldar Əliyev hazırlayıb. "Jizel"in Fransa paytaxtında ilk tamaşasının 170 illiyinə həsr olunan premyera uğurlu keçib. Tamaşada Macarıstanın dövlət və hökumət qurumlarının təmsilçiləri, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.

E. Əliyev 1959-cu ildə Bakı şəhərində doğulub. Bakı Xoreoqrafiya Məktəbini bitirib, Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. 1980-1992-ci illərdə Leninqraddakı S. M. Kirov adına Opera və Balet Teatrının solisti olub. 1992-ci ildən ABŞ-da yaşayır. Rəhbərlik etdiyi balet truppası 2005-ci ildə bu ölkədə məşhur Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baletini tamaşaya qoyub. Hazırda Macarıstan tərəfinin dəvəti ilə Budapeşt Opera və Balet Teatrının balet üzrə bədii rəhbəri vəzifəsində çalışır.


Dünyanı silahla yox, mədəniyyətlə fəth etmək olar...


Könül Aypara


O.M.