Məşhur fransız Anri Luaret Bakıya gələcək

Məşhur fransız Anri Luaret Bakıya gələcək

2 May 2011 12:12
Bəyəndim (0) Bəyənmədim (0)



Fransanın məşhur Luvr muzeyinin direktoru cənab Anri Luaret 3-5 may 2011-ci il tarixində Azərbaycana səfər edəcək və səfər zamanı onu müşaviri Benua de Sen Şama müşayiət edəcək. Səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin cənab Anri Luareti qəbul etməsi planlaşdırılıb. Səfər zamanı ikitərəfli əməkdaşlıq, muzey sərvətlərinin saxlanılması, onların qorunması sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsi, Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda sərgilərin təşkili və Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim edilməsinin mümkünlüyü kimi və s. məsələlərin müzakirə olunması nəzərdə tutulub. Bakıya səfər zamanı cənab Anri Luaretin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirməyi, Müasir İncəsənət Muzeyində rəssam Əliyar Əlimirzəyevin sərgisinin açılış mərasimində iştirakı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, Qala Qoruğunda "Qala Arxeoloji Etnoqrafiq Muzey Kompleksini və Mərdəkan qalalarını ziyarət edəcəyi nəzərdə tutulub. Səfər proqramına həmçinin cənab Əbülfəs Qarayevin yanında KİV-in iştirakı ilə mətbuat konfransı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin rəhbərliyi ilə görüş daxil edilib.


Tarix muzeylərdə yaşayır. Odur ki, muzeylər arasında mübadilə tarixi yaşatmaq deməkdir...


Elvin Babayev


O.M.