ABŞ-da azərbaycanlılar iki bayram qeyd edirlər

ABŞ-da azərbaycanlılar iki bayram qeyd edirlər

29 Aprel 2011 12:05
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlılardan ibarət diaspora may ayında həm Azərbaycanın Respublika Gününü, həm də ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd etməyə hazırlaşır. Bu kimi silsilə tədbirlərdə Azərbaycan Milli Musiqili Komediya Teatrının kollektivi də iştirak edəcək. Kollektivə xalq artisti Afaq Bəşirqızı da daxildir. Əlavə edək ki, teatr üzvlərini ABŞ-a Azərbaycan - Nyu-York Assosiasiyası dəvət edib.


Bir sözlə bayram bayrama qarışıb. Təki həmişə bayram olsun...


Könül Aypara


O.M.