Ümumdünya Turizm Təşkilatının nümayəndələri Azərbaycana gəlib

Ümumdünya Turizm Təşkilatının nümayəndələri Azərbaycana gəlib

28 Aprel 2011 16:37
Bəyəndim (0) Bəyənmədim (0)


10-cu Beynəlxalq Turizm və Səyahət Sərgisi çərçivəsində 28 aprel 2011-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının nümayəndələri Dmitri İlyin və Alla Peresolova ilə görüş keçirib.
Görüş zamanı tərəflər Azərbaycanın Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığı və onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.


Belə ki, ÜTT ilə əməkdaşlıq çərçivəsində növbəti iki il ərzində turizm sahəsi üzrə statistika seminarlarının keçirilməsi nəzərdə tutulub. İlk seminarın təşkili 2011-ci ilin oktyabr ayına planlaşdırılıb.


Bundan başqa tərəflər cari ilin 19 may tarixində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin Ümumdünya Turizm Təşkilatının Baş Direktoru Taleb Rifai ilə görüşünün Las-Veqasda (ABŞ) keçiriləcək Ümumdünya Turizm Sammiti çərçivəsində təşkil olunmasının mümkünlüyünü və həmçinin "İpək Yolu" proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edilib.

Sonda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev ÜTT-nin Baş Direktoru Taleb Rifaini cari ilin oktyabr ayında Azərbaycana səfəri planlaşdırılıb.