Ərəb ölkələri ilə ticarət dövriyyəsi artacaq

Ərəb ölkələri ilə ticarət dövriyyəsi artacaq

28 Aprel 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

10-cu Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisi çərçivəsində bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm Assosiasiyası ilə Birləşmiş Ərəb Əmirliklərinin Atlantis Holidays MMC şirkəti arasında "Körfəz əməkdaşlıq ölkələri - bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında" müqavilə imzalanıb.


Müqavilə əsasında Körfəz əməkdaşlıq ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməyə stimullaşdırmaq, regionda Azərbaycanın maraqlarının şirkət tərəfindən təmsil olunması, Azərbaycanın Körfəz əməkdaşlıq ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, yerli və xarici kütləvi informasiya vasitələri ilə iş sayəsində Azərbaycanın brend mövqeyini möhkəmlədərək maraq və məlumatlılığı artırmaq kimi məsələləri əhatə edir.


Əvvəl bizdən Dubaya gedirdilər, indi Dubaydan Bakıya gələcəklər...


Elvin Babayev


O.M.