Bakıda Qotsdinerin ustad sinifləri təşkil olunacaq

Bakıda Qotsdinerin ustad sinifləri təşkil olunacaq

28 Aprel 2011 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq sahə üzrə tanınmış mütəxəssislərin, təcrübəli müəllimlərin iştirakı ilə ustad dərsləri təşkil edir.


Uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün skripka ixtisası üzrə ustad siniflərinin keçirilməsi məqsədilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Rusiyanın əməkdar artisti Mixail Aronoviç Qotsdiner Bakı şəhərinə dəvət olunub.


2011-ci il 28-30 aprel və 2 may tarixlərində Bakı şəhər L. Rostropoviç və M.Rostropoviç adına Musiqi Məktəbində saat 10.00-dan başlayaraq professor Qotsdinerin ustad sinifləri təşkil olunacaq.


Ustaddan öyrənmək ustadlıq nərdivanının ilk pilləsidir...


Elvin Babayev


O.M.