Azərbaycan Dövlət Rəqs ansamblının 40 yaşı tamam olur

Azərbaycan Dövlət Rəqs ansamblının 40 yaşı tamam olur

27 Aprel 2011 16:31
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Dövlət Rəqs Ansamblının bu gün 40 illik yubileyi qeyd olunur. Artıq uzun müddət idi ki, bu yubileyə hazırlaşan milli rəqsçilərimiz bu gün 40 illik performanslarını səhnədə peşəkarcasına nümayiş etdirəcəklər. "Heydər Əliyev Sarayı"nda təşkil olunan tədbir bu gün saat 19.00-da başlayacaq. Saraya dövlət məmurlarının da təşrif buyuracağı gözlənilir.

Konsertə dəvət alan xüsusi müxbirimiz bizə tədbir barəsində ətraflı məlumat verəcək.


40 rəqəmi milli-mənəvi, eləcə də dini dəyərlərimiz baxımından önəmli rəqəmdir. Uşaq dünyaya gələndə və ya insan dünyasını dəyişəndə 40-cı gün xüsusilə qeyd olunur. Və ya nağıllarda, rəvayətlərdə, dastanlarda 40 gün - 40 gecə toy çalınır. Deməli, bugünkü tarix milli rəqsimizin inkişafı baxımından bir növ hesabat dövrüdür.


Günel Həbib


O.M.