Azad Rəhimov yunanıstanlı gəncləri qəbul edib

Azad Rəhimov yunanıstanlı gəncləri qəbul edib

27 Aprel 2011 13:36
Bəyəndim (0) Bəyənmədim (0)


Gənclər və İdman Nazirliyində "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse müsabiqəsində qalib gələn yunanıstanlı gənclərlə görüş keçirilib.


Yunanıstanlı gəncləri qəbul edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, müsabiqə rəhbərlik etdiyi qurum və Azərbaycanın Yunanıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.


Müsabiqədə Yunanıstanın İndianapolis Universitetinin Afina filialının, Afina Universitetinin, İoannina Universitetinin və Salonikinin Aristotel Universitetinin tələbələri iştirak ediblər. Yunanıstanlı tələbələr Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı, adət-ənənələri, Qarabağ münaqişəsi, Azərbaycan-Yunanıstan əlaqələri haqqında fikirlərini bölüşüblər.

A. Rəhimov deyib ki, Avstriya, Qazaxıstan, Özbəkistan və Malayziyada da belə müsabiqələr keçirilib, lakin yunan gəncləri müsabiqə çərçivəsində Azərbaycanda qonaq olan ilk xarici ölkə gəncləridir.