Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 4-də buraxılış imtahanları keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 4-də buraxılış imtahanları keçirəcək

4 İyul 2012 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 13 şəhər və rayonunda - Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda buraxılış imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahanda üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi) TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdləri, tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər, əvvəlki illərdə imtahanda iştirak etməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər, əvvəlki illərdə buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər ikisi üzrə qeyri-kafi qiymət alan, o cümlədən eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər iştirak edir.
Buraxılış imtahanlarında ümumilikdə 4529 (4382 XI sinif şagirdi , 147 nəfər isə IX sinif şagirdi) şagirdin iştirakı gözlənilir.
İmtahanların keçirilməsi üçün ümumilikdə 15 imtahan mərkəzi ayrılıb.
İmtahan prosesini idarə etmək üçün 35 imtahan rəhəbəri, 344 nəfər isə zal nəzarətçisi cəlb olunub. Bütün imtahan mərkəzlərində buraxılış imtahanları eyni vaxtda, saat 13:00-da başlayacaq.

O.M.