Magistraturaya qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

Magistraturaya qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

3 İyul 2012 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən etibarən ali təhsil müəssisələrinin magistraturasına qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatına başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, magistraturaya daxil olanlar iyulun 3-dən 12-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Qeyd edək ki, ali məktəblərinin magistraturalarına qəbul imtahanlarının yekun nəticələri dünən açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən, 5020 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3303 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1717 nəfəri isə əvvəlki illərin məzunudur.
Qəbul olanların 2281 nəfərini oğlanlar, 2739 nəfərini isə qızlar təşkil edir.

O.M.