Azərbaycanda "Audiokitab" layihəsi həyata keçirilir

Azərbaycanda "Audiokitab" layihəsi həyata keçirilir

11 Oktyabr 11:52
40
Bəyəndim (1) Bəyənmədim (0)

Dünyada geniş yayılmaqda davam edən, Azərbaycanda isə peşəkar səviyyədə ilk dəfə tərəfimizdən həyata keçirilən «Audiokitab» lahiyəsi, yeni texnologiyalar vasitəsilə insanların klassik və müasir Azərbaycan və dünya yazıçılarının əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə xidmət edir.

Oxuməni.az xəbər verir ki, Azərbaycanda ilk dəfə peşəkar səviyyədə həyata keçirilən, istənilən məkanda və vəziyyətdə dinlənilməsi mümkün olduğuna görə özünə geniş auditoriya toplamağı bacarmış startap “Audiokitab” layhəsində artıq 1.200-ə yaxın kitab peşəkar aktyorların ifasında səsləndirilmişdir.

Layihədə klassik və müasir ədəbiyyat nümunələri ilə yanaşı dərs vəsaitləri,elmi kitablar, mühazirələr, Azərbaycan nağılları, şifahi xalq yaradıcılığı və həyatımızın digər sahələrini əhatə edən ədəbiyyat nümunələri öz əksini tapmışdır.

Layihənin əsas məqsədlərindən biri milli ədəbiyyat nümunələrimizin, tarixmizin, folklorumuzun, mədəni irsimizin ölkəmizdə və xaricdə yaşayan həmvətənlərimizə, onların ailələrində böyüyən məktəbəqədər yaşlı uşaqlara dogma dildə çatdırılmaqla təbliğ edilməsidir.

Bu gün dünyada olduğu kimi ölkəmizdə də görmə məhdudiyyəti olan şəxslər var. Qeyd olunan həssas qrupa aid insanlarımızın hərtərəfli qayğıya ehtiyacları var. Təhsil almaq, kitab oxumaq, dünya və Azərbaycan ədəbiyyatı ilə tanış olmaq hüquqları olan belə insanlarımız Ölkə başçısmızın göstərişi ilə həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşlar. “Audiokitab” layihəsinin də əsas məqsədlərindən biri görmə məhdudiyyətli insanlar üçün mütaliənin daha da əlçatanlığının təmin edilməsidir ki, artıq müasir texnologiyalar bunu daha da asanlaşdırmışdır.

Daha yaxşı keyfiyyətə nail olmaq üçün, yazılmış audiokitablar redaktorlarımız tərəfindən dinlənilir, yoxlanılır və qusurlar aradan qaldırıldıqdan sonra yayınlanır.

Gələcək hədəflərimizdən biri Azərbaycan ədəbiyyat nümunələrinin xarici dillərətərcümə edilərək audiokitab variantlarının hazırlanması və layihədə yerləşdirilməsidir.

Layihədə fəaliyyət göstərən böyük bir komanda həmçinin Azərbaycan dilinin daha da inkişafı sahəsində öz töhfəsini verməyə çalışır.

Bu gün soydaşlarımız rahatlıqla İOS və Android platformalarında olan “Audiokitab” mobil tətbiqini yükləyib, audiokitabları dinləyərək, layihədən yararlana bilərlər. Mobil tətbiqlərin əsas üstünlüklərindən biri yüklənmiş kitabları internet şəbəkəsi olmadan da dinləmək imkanının olmasıdır.

Layihə və sözügedən mobil tətbiqlər haqqında informasiya «www.audiokitab.az», “www.audiokitab.com” və «www.audiobook.az» saytlarında yerləşdirilmişdir. Layihə haqqında yenilikləri sosial şəbəkələrdəki hesablarımızdan da izləyə bilərsiniz.

İnanırıq ki, bu startap layihəmiz kitabı “dinləməyi” sevən insanlar arasında geniş yayılacaq, milli mədəniyətimizin və ədəbiyyatımızın təbliği işinə əvəzolunmaz töhvələr verəcəkdir.

Əşrəf Məmmədli