Milli mətbuatımızın ildönümü təntənəli şəkildə qeyd edilib

Milli mətbuatımızın ildönümü təntənəli şəkildə qeyd edilib

22 İyul 2021 12:55
Bəyəndim (4) Bəyənmədim (0)

2021-ci il iyulun 21-də “Zümrüd- M” prodakşın tərəfindən qalib olan Azərbaycanın ilk Milli Mətbuat Günü qeyd olundu. Sevindirici haldır ki, belə bir tədbirin informasiya dəstəyi məhz Oxu Məni.az saytı seçilmişdir. Tədbirin aparıcıları “Zümrüd-m” prodakşının rəhbəri Zümrüd Güləliqızı və gənc aparıcı-jurnalist Şirməmməd Hüseynov, tərtibatçı rejissoru Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru Sevinc Məmmədova idi. Tədbirdə bütün media nümayəndələri ilə yanaşı, İkinci Qarabağ müharibəsi qazilərinin nümayəndələri, tanınmış incəsənət və mədəniyyət nümayəndələri, televiziya və media qurumları və digər peşə sahiblərinin nümayəndələri iştirak edirdilər.

Qazilərin əlində Azərbaycan bayrağı fonunda Azərbaycan Dövlət himni ilə tədbirin açılışı oldu. Ardınca isə əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi altında “Mirvari” rəqs qrupunun möhtəşəm kompozisiya ilə Azərbaycan rəqsi alqışlara səbəb oldu.

Tədbirdə ən yadda qalan maraqlı anlardan biri də tanınmiş aktyor Əjdər Zeynalovun milli mətbuatımızın banisi Həsənbəy Zərdabi obrazında toplantı iştirakçılarını salamlaması və mətbuata tövsiyələr verməsi oldu. Əjdər Zeynalovun Həsənbəy Zərdabi obrazını olduqca təbii şəkildə oynaması tədbir iştirakçıları tərəfindən gurultulu alqışlarla qarşılandı. Əjdər Zeynalov Həsənbəy Zərdabi obrazında tədbir iştirakçılarına müraciətlə: "Tarixdən və elmdən məhrum olan xalq işıqdan məhrumdur. Qardaşlar oxuyun, elm, təhsil əldə edin. Elm, təhsil ələlxüsus biz Qafqaz müsəlmanlararına daha çox vacibdir. Hər bir vilayətin qəzeti o vilayətin aynası olmalıdır. Qəzetin məqsədi xalqın gözünü açmaqdır. Həyatda olan hər bir işi ayna kimi açıb göstərmək ki, xalq onun əlacının dalınca qaçsın",-dedi.

Onun bu sözləri də tədbir iştirakçılarına yaddan çıxmaz anlar yaşatdı və gurultulu alqışlarla qarşılandı.

Tədbirdə tanınmış jurnalist Telli Pənahqızı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əlqismət Lalyev, tanınmış kinoşünas Ayaz Salayev, əməkdar artist Nahidə Orucova və başqaları çıxış edərək mətbuat haqqında geniş söhbət etdilər. Tədbir boyu əməkdar artist Almaz Ələsgərli, müğənni Ayaz Qasımov, Elxan Qaraxanoğlu, Emin Heydərov, Yaqut Qarabağlı, Tural Ağdamlı və digər musiqili qonaqlar çıxış edərək öz musiqiləri ilə tədbir iştirakçılarını təbrik etdilər. Eyni zamanda Qafqaz İctimai Birliyinin rəhbəri Azadə Taleh tərəfindən Tədbirin təşkilatçısı Zümrüd Güləliqızı “İti qələm” mükafatı ilə təltif olundu.

Tədbirdə diplom alan media nümayəndələri içərisində saytımızın əməkdaşı İsa Rəvan da “Zərdabi irsi” diplomu ilə mükafatlandırılıb. Əmakdaşımızın timsalında mükafat alan digər həmkarlarımızı da təbrik edirik.

İsa Rəvan