Ermənistan imtina etsə, Azərbaycan güc tətbiq edəcək

Ermənistan imtina etsə, Azərbaycan güc tətbiq edəcək

10 İyul 14:59
2 051
Bəyəndim (0) Bəyənmədim (0)

İndiki vəziyyət anormaldır, çünki faktiki olaraq Ermənistanın Azərbaycana ərazi iddiaları hələ də qalmaqdadır. Ona görə də Azərbaycan dövləti və rəhbəri sülh müqaviləsi ideyasını ortaya atdı. Çünki bu da yeni geosiyasi reallığın bir çaları ola bilər”.

Oxuməni.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Azərbaycan konstruktiv yola hazır olduğu kimi, məcburetmə mexanizmlərinə də sahibdir:

“Ən azı hər iki dövlət qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bunun əsasında da sərhədlərin müəyyən olunması, kommunikasiyaların açılması təmin olunmalıdır. Ermənistanın təbii maraqları çərçivəsində biz bu məsələyə baxsaq, ölkənin hər hansı bir dənizə, okeana çıxışı yoxdur, ticarət əsas yollardan kənardır və s. Bu, əlbəttə, Ermənistanı maraqlandırır. Azərbaycan isə bu prosesdə sadəlövhlük nümayiş etdirmir. Azərbaycan çox gözəl anlayır ki, Ermənistan siyasəti üçün Qarabağa ərazi iddialarından vaz keçmək qəbuledilməzdir. Amma Azərbaycan da buna görə konstruktivlik nümayiş etdirir, eyni zamanda məcburiyyət mexanizmlərini ortaya atır. Misal üçün, demək olar ki, eyni vaxtda hər iki tərəfdə (Ordubaddan Ermənistan sərhəddinə qədər, və Zəngilana qədər – red) dəmiryolunun tikintisi başladı. Amma eyni zamanda da sərhəddin müəyyən olunmasında Ermənistanın mövqeyinin nə olmasından asılı olmayaraq, birtərəfli qaydada delimitasiya işləri aparıldı. Bu iki addım da onu nümayiş etdirir ki, Azərbaycan konstruktiv yola hazır olduğu kimi, məcburetmə mexanizmlərinə də sahibdir. Azərbaycan Prezidenti də bunu dəfələrlə deyib. Hər iki yol üçün də bizim resurslarımız var.

Təzminat məsələsi də Ermənistana bir təzyiq formasıdır. Çünki təzminat məsələsi iki hüquqi konteksdə, iki istiqamət üzrə gedəcəkdir:

1. Dövlət səviyyəsində təzminat davası açıla bilər. Çünki işğal faktı beynəlxalq sənədlərdə də təsdiqlənib. Eyni zamanda Ermənistanın baş nazirinin 10 noyabr bəyanatına imza atması özü belə, artıq bunu təsdiq edir.

2. Özəl şirkətlərə qarşı təzminat davası açıla bilər. Bu artıq o şirkətlərdir ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlə məşğul olublar.

Ermənistanla münasibətlərə təzminat məsələsi təzyiq mexanizmimizə çevrilir. Hazırda da, gələcəkdə də təzminat davası ermənilrə qarşı təzyiq mexanizmimiz kimi də qala bilər