Həmişə güldürə-güldürə yaşayan  əfsanəvi Kamal Sunal

Həmişə güldürə-güldürə yaşayan əfsanəvi Kamal Sunal

4 İyul 10:19
774
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən böyük və əfsanəvi türk aktyoru Kamal Sunalın anım günü idi.

Kamal Sunal 10 noyabr 1944-cü ildə İstanbulda anadan olub, 3 iyul 2000-ci ildə ürək tutmasından vəfat edib

Oxuməni.az aktyor haqqında bilinməyən 12 qəribə faktı diqqətinizə çatdırır.

Sənətkar ibtidai məktəbi Memar Sənan məktəbində oxudu. Vəfa litseyindən məzun oldu. Yüksək təhsilinə Marmara Universiteti Jurnalistika fakültəsində başladı. Tədris ilndə Emayataş Fabrikində işləmiş, ayrıca elektrikçidə şagirdlik etmişdir. Vəfa Litseyindəki fəlsəfə müəllimi Müşfiq Kəntər ilə tanışlığının Kamal Sunalın karyerasında xüsusi yeri vardır.

Kamal Sunal k omediya janrında filmləri ilə məşhur olmuşdur. Xalq arasında əsasən Şaban adı ilə tanınır. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə oynamışdır. ilk filmi 1972-ci ilədə Yardımçı Rolunda çəkildiyi Dadlı dilim olub. 1974-cü ildə Salako filmində baş rolda oynamışdır. Әn son filmi 1999-cu ildə çəkilən Təbliğat filmi olmuşdur. 1977-ci ildə Qapıçılar kralı rolunda Qızıl Portağal Mükafatına layiq görülmüşdür.

1. 10 noyabrda doğulub, ancaq bu gün Atatürkün ölüm günü olduğu üçün ad gününü həmişə 11 noyabrda qeyd edirdi.

2. Bir dəfə bir nəfər Kamal Sunalın qızı Ezo Sunala “Məni atanız böyütdü” – deyir. Ezo xanım təəccüblə “Necə yəni?” – deyə soruşunca dediyinə aydınlıq gətirir: “Balaca idim. Atam ölmüşdü. Anam işə gedirdi. Bacım ev işlərini görmək üçün ard-arda Kamal Sunal filmlərini qoyurdu və bilirdi ki, filmlər bitənə qədər televizorun qarşısından qalxmayacam.”

3. Həyat yoldaşı Gül Sunay ilə tanışlıqdan sonra düz iki il yarım məktublaşmışdı.

4. Evlənib yığışdıqları ev o qədər rütubət olub ki, qonaq gələndə nəm qoxusunu itirmək üçün kartof qızardırmışlar.

5. İlk serialı “Qəmbəy bəy”in gözlənilən tamaşaçı toplaya bilməməsinin səbəbi eyni saatda başqa kanallarda Kamal Sunal filmlərinin yayımlanması olub. Özü özünə qarşı…

6. 48 yaşında dissertasiya mövzusunu özündən götürüb və “Məni kimsə araşdırmayacaq, ona görə özüm edirəm” demişdi.

7. Orta məktəbdə onun övladlarını şagird yoldaşları “İnəyin uşağı” deyə ələ salırmışlar.

8. Evdə həmişə filmə çəkildiyi qiyafətlərdə gəzərmiş.

9. Çiy küftənin hazır olub-olmadığını yoxlamaq üçün tavana atan ünlünün yalnız İbrahim Tatlısəs olduğunu düşünürsünüzsə, yanılırsınız. Kamal Sunal da bunu tez-tez edib Gül Sunalı əsəbiləşdirirmiş.

10. Çiy küftə sevgisindənmi, yoxsa səsinin gözəlliyindənmi, ən çox İbrahim Tatlısəsi dinləyərmiş.

11. Ömrüboyu təyyarəyə minməkdən qorxub.

12 Sənətkar özü haqqında belə deyib: Mən şəxsi həyatımda çox az danışan, çox soyuq bir adamam və eyni zamanda iş və ev həyatında vasvası olan birisiyəm.