Bakıda bir ailənin 3 üzvü bıçaqlanıb

Bakıda bir ailənin 3 üzvü bıçaqlanıb

22 Fevral 2021 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonunda üç nəfər bıçaqlanıb. “Yeni Sabah” APA-ya istinadən bildirir ki, hadisə Fərzəliyev küçəsində qeydə alınıb.

Oxuməni.az-a DİN Mətbuat Xidmətindən verilən xəbərə görə, 1989-cu il təvəllüdlü Əzimova Zeynəb Elşad qızı və onun qardaşı Niftəliyev Vüsal Elşad oğlu Z.Əzimovanın həyat yoldaşı olan 1976-ci il təvəllüdlü Əzimov Şücaət Məmmədhəsən oğlu tərəfindən bıçaqlanıb. Ş.Əzimov da qaynı V.Niftəliyev tərəfindən bıçaqlanıb. Hər üç yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.