Moskvada 10 qədər Azərbaycan vətəndaşı saxlanıldı

Moskvada 10 qədər Azərbaycan vətəndaşı saxlanıldı

31 May 2012 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın mərkəzində Ostojenka küçəsində yerləşən 2 restoranda keçirilən xüsusi əməliyyat nəticəsində 10-a yaxın azərbaycanlı qanunsuz miqrant aşkar edilib. Federal Miqrasiya Xidməti və Narkonəzarət xidmətinin "Qeyri-leqal - 2012" və "Mak" əməliyyatları çərçivəsində keçirilən yoxlamalarda sənədləri qaydasında olmayan 36 əcnəbi vətəndaş barəsində ölçü götürülüb. Azərbaycanlılardan başqa gürcülər, qırğızlar, ukraynalılar, efiopiyalılar barəsində inzibati qaydada protokol tərtib olunub. Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, saxlanılan şəxslərdən 14-də heç bir sənəd olmayıb. Faktla bağlı araşdırma aparılır. Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsinin 1-ci bəndi (qeyri-qanuni miqrasiyanın təşkili) üzrə cinayət işinin açılacağı gözlənilir.

O.M.