Bakıda 133 saylı marşrut avtobusu qəza törətdi
Bakıda marşrut avtobusu qəzaya uğrayıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə ötən gün Binəqədi şosesində qeydə alınıb. 133 saylı xətt marşrutu ilə hərəkət edən "Daewoo" markalı avtobus yol kənarındakı maneəyə çırpılıb. Nəticədə avtobusda olan sərnişinlərdən 5-i müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər