Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verdi

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verdi

31 May 2012 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza mayın 31-də gecə saatlarında Siyəzən şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Siyəzən rayon sakini, 1984-cü il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi 10-XN-945 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobil yolun kənarında dayanan Siyəzən rayon sakini, 1967-ci il təvəllüdlü Asim Əbdülova məxsus 10-LH-214 dövlət nömrə nişanlı "Moskviç" markalı nəqliyyat vasitəsinə çırpılıb. Həmin maşın isə qarşıda dayanan Siyəzən rayon sakini, 1980-ci il təvəllüdlü Ramil Məmmədliyə məxsus 10-FL-362 dövlət nömrə nişanlı "VAZ 21 06" markalı nəqliyyat vasitəsinə dəyib. Qəza nəticəsində Orxan Hüseynov ağır bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

O.M.