Biləsuvarda şəxsi mənzildə yanğın baş verdi

Biləsuvarda şəxsi mənzildə yanğın baş verdi

31 May 2012 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Biləsuvar rayonu, Ağalıkənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.