Azərbaycanda 29 mayın kriminal xronikası

Azərbaycanda 29 mayın kriminal xronikası

30 May 2012 12:01
739
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 49 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

Samur-Abşeron kanalından tanınmaz hala düşmüş 25-30 yaşlı kişi meyiti tapılmışdır

29.05.2012

Mayın 20-də Xızı rayonunun Samur-Abşeron kanalının Sitalçay kəndi ərazisindən keçən hissəsində, tanınmaz hala düşmüş 25-30 yaşlı kişi meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Xızı RPŞ tərəfindən aparılır.

Mingəçevir şəhər sakini Natella Qasımova saxlanılmışdır

29.05.2012

Mayın 22-də Mingəçevir şəhərində, naməlum şəxs şəhər sakini 7 yaşlı Aysun Bağırovanı hədələyərək sırğalarını qulağından açmışdır. Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Natella Qasımova saxlanılmışdır.

Qaçırdığı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakin Amil Ramazanov tutulmuşdur

29.05.2012

Mayın 27-də saat 03.00 radələrində Bakının Nizami rayonu ərazisində, şəhər sakini Nazim Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının Bakı şəhər sakin Amil Ramazanov tərəfindən qaçırılması və idarə edilərkən yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmiş, o, tutulmuşdur.

Axtarışda olan Rəfayel Ağayev saxlanılmışdır

29.05.2012

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 126-cı maddəsi (adam oğurluğu) ilə axtarışda olan Rəfayel Ağayev saxlanılmışdır.

Oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Vüsal Həsənov tutulmuşdur

29.05.2012

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də Hökməli qəsəbəsində, Şahbuz rayon sakini Bəxtiyar Abbasova məxsus dülgər sexindən 200 manat pul və 1 ədəd elektrik mişarını oğurlamış, orada işləyən Yevlax rayon sakini Vüsal Həsənov tutulmuşdur.

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

29.05.2012

Mayın 29-da Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində, Seyfəli Su anbarında aparılan tikintidə, Türkiyə vətəndaşı İslam Kavunçuoğlu "Beko" markalı ekskavator-buldozerini idarə edərkən, orada işləyən rayon sakini Ramin İbrahimovu vurmuşdur. Nəticədə R.İbrahimov hadisə yerində ölmüşdür.

Yabanı halda bitmiş 145 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir

29.05.2012

Saatlı RPŞ əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş çəkisi 195 kiloqram olan 145 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

Şəmkir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

29.05.2012

Mayın 29-da saat 18.00 radələrində Şəmkir şəhəri ərazisində, şəhər sakini Rüfət Hacıyevin idarə etdiyi "Niva" və Türkiyə vətəndaşı Ali Başakın idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış R.Hacıyev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Quba rayonunun Alekseyevka kəndi ərazisində yol-nəqliyyat hadisəsi

29.05.2012

Mayın 29-da saat 20.00 radələrində Quba rayonunun Alekseyevka kəndi ərazisində, Bakı şəhər sakini Mübariz Nəsibovun idarə etdiyi "MG GROSS" və Qusar rayon sakini Əhməd Süleymanovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış Ə.Süleymanov, habelə M.Nəsibovun sərnişinləri, Tamara Bədəlova və Eyvaz Bədəlov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Sumqayıt şəhər sakini 2 yaşlı Zeynəb Səfərova su vedrəsinə düşərək boğulmuşdur

29.05.2012

Mayın 29-da Sumqayıt şəhər sakini 2 yaşlı Zeynəb Səfərova evlərində iri həcmli su vedrəsinə düşərək boğulmuşdur.

Qusar rayonunun Xuray kənd sakini Şıxəli Rəhimov yıxılaraq aldığı xəsarətdən xəstəxanada ölmüşdür

29.05.2012

Mayın 29-da Qusar rayonunun Xuray kəndi ərazisində, kənd sakini Şıxəli Rəhimov elektrik dirəyindən yıxılmış və aldığı xəsarətdən xəstəxanada ölmüşdür.

Abşeron rayon sakini Elmira Teymurova dərmandan zəhərlənmişdir

29.05.2012

Mayın 29-da Abşeron rayon sakini Elmira Teymurova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

O.M.