Bakıda avtomobildən 12 min manat pul oğurlandı

Bakıda avtomobildən 12 min manat pul oğurlandı

30 May 2012 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, hadisə ötən gecə Çobanzadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini Babayeva Mədinə Rafiq qızına məxsus "Range Rover" markalı maşından şüşəni sındırmaq yolu ilə 12 min manat pul oğurlanıb. Bu barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

O.M.