Lənkəran Ağır Cinayətlər Məhkəməsində intihara cəhd olundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində intihara cəhd olundu

29 May 2012 20:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 15:40 radələrində Lənkəran Ağır Cinayətlər Məhkəməsində proses zamanı intihara cəhd hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, təqsirləndirilən Şirvan şəhər sakini, 1978-ci il təvəllüdlü Nurəddin Rəcəb oğlu Yusubov məhkəmə prosesi zamanı özü ilə gətirdiyi kəsici alətlə əlini və venasını doğrayıb. Sol əlinin bilək nahiyəsinin dərin yarası və sağ boyun venasının kəsilməsi diaqnozu ilə təcili Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Yusubovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.