Goranboyda 4 otaqlı mənzil yandı

Goranboyda 4 otaqlı mənzil yandı

29 May 2012 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Goranboy rayonu, Şadılı kəndində (rayon mərkəzindən 33 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan dördotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 85 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

O.M.